QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda son sutka ərzində covid-19-a yoluxma sayı açıqlanıb | QIA.AZ


SəhiyyəManşet

17:24 19.06.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19-dan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 437 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1 014 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-son-sutka-%C9%99rzind%C9%99-covid-19-a-yoluxma-sayi-aciqlandib/