QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda son sutka ərzində covid-19-a yoluxma sayı açıqlanıb | QIA.AZ


Səhiyyə

18:55 14.06.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1 542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-son-sutka-%C9%99rzind%C9%99-covid-19-a-yoluxma-sayi-aciqlanib-2/