QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanları keçdi | QIA.AZ


Səhiyyə

19:36 07.09.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 447 yeni yoluxma faktı qeydə alınıb, 3 428 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 447 725 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 389 977 nəfər müalicə olunaraq sağalıb, 5 920 nəfər vəfat edib, aktiv xəstə sayı 51 828 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 530, ötən müddət ərzində isə ümumilikdə 4 578 600 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-koronavirusdan-sagalanlarin-sayi-yoluxanlari-kecdi/