QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda indiyədək 7552 İİV xəstəsi qeydiyyata alınıb – QIA.AZ


“Azərbaycanın qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir. İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur”.

“QİA.AZ” xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanda QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb: “Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizi kişilər təşkil edir”.



https://qia.az/az%C9%99rbaycanda-indiy%C9%99d%C9%99k-7552-iiv-x%C9%99st%C9%99si-qeydiyyata-alinib/