QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda Covid-19-a son sutkada yoluxma sayı açıqlanıb | QIA.AZ


Səhiyyə

16:35 29.05.2021

Movavi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 419 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 617 nəfər müalicə olunaraq sağalıb, 4 903 nəfər vəfat edib, aktiv xəstə sayı 5 203 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 004, ötən müddət ərzində isə ümumilikdə 3 503 639 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-covid-19-a-son-sutkada-yoluxma-sayi-aciqlanib-11/