QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda Covid-19-a bugünkü yoluxma sayı | QIA.AZ


Movavi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “QİA.az”a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 333 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 198 nəfər müalicə olunaraq sağalıb, 4 896 nəfər vəfat edib. 5 465 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 254, bu günə qədər isə ümumilikdə 3 496 635 test icra olunub.

Azərbaycanda Covid-19-a bugünkü yoluxma sayı
Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-covid-19-a-bugunku-yoluxma-sayi-9/