SliderXəbərlər

Azərbaycanda Covid-19-a bugünkü yoluxma sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Hekim.pro”ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 491 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 227 116 nəfər müalicə olunaraq sağalıb, 3 187 nəfər vəfat edib, aktiv xəstə sayı 2 188 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 758, ötən müddət ərzində isə ümumilikdə 2 521 394 test aparılıb.

Related Articles

Back to top button