QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – QIA.AZ


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 340 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 140, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 79 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 092 763, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 022 490, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 480 735, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 589 538 təşkil edir.



https://qia.az/az%C9%99rbaycanda-covid-19-%C9%99leyhin%C9%99-peyv%C9%99nd-olunanlarin-sayi-aciqlanib-39/