QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 825 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb – QIA.AZ


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1 283 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.



https://qia.az/az%C9%99rbaycanda-825-n%C9%99f%C9%99r-covid-19-a-yoluxub-33-n%C9%99f%C9%99r-olub/