QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 4241 nəfər COVID-19-a yoluxub, 43 nəfər vəfat edib | QIA.AZ


Səhiyyə

16:12 28.08.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib, aktiv xəstə sayı 50244 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, ötən müddət ərzində isə ümumilikdə 4 414 517 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-4241-n%C9%99f%C9%99r-covid-19-a-yoluxub-43-n%C9%99f%C9%99r-v%C9%99fat-edib/