QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 412 nəfər koronavirusa yoluxub | QIA.AZ


Səhiyyə

20:37 24.07.2021

Movavi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5 002 nəfər vəfat edib. 3 148 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, bu günə qədər isə ümumilikdə 3 965 397 test icra olunub.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-412-n%C9%99f%C9%99r-koronavirusa-yoluxub/