QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 4 211 nəfər müalicə olunaraq sağalıb, 34 nəfər vəfat edib | QIA.AZ


Səhiyyə

18:29 11.09.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 457 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 405 511 nəfər müalicə olunaraq sağalıb, 6 065 nəfər vəfat edib, aktiv xəstə sayı 45 840 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 215, ötən müddət ərzində isə ümumilikdə 4 639 460 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-4-211-n%C9%99f%C9%99r-mualic%C9%99-olunaraq-sagalib-34-n%C9%99f%C9%99r-v%C9%99fat-edib/