Azərbaycanda 2 189 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb - QIA.AZ

Azərbaycanda 2 189 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb – QIA.AZ


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 189 yeni yoluxma faktı qeydə alınıb, 1 585 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 529 109 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 492 374 nəfər müalicə olunaraq sağalıb, 7 049 nəfər vəfat edib, aktiv xəstə sayı 29 686 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 051, ötən müddət ərzində isə ümumilikdə 5 183 839 test aparılıb.



https://qia.az/az%C9%99rbaycanda-2-189-n%C9%99f%C9%99r-covid-19-a-yoluxub-28-n%C9%99f%C9%99r-olub/