QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 2 178 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib – QIA.AZ


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2178 yeni yoluxma faktı qeydə alınıb, 2010 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.



https://qia.az/az%C9%99rbaycanda-2-178-n%C9%99f%C9%99r-covid-19-a-yoluxub-31-n%C9%99f%C9%99r-v%C9%99fat-edib/