QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 2 042 nəfər koronavirusa yoluxub, 29 nəfər vəfat edib | QIA.AZ


Səhiyyə

15:47 18.09.2021

Movavi

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 470 985 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 430 717 nəfər müalicə olunaraq sağalıb, 6 280 nəfər vəfat edib. 33 988 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 666, bu günə qədər isə ümumilikdə 4 731 381 test icra olunub.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-2-042-n%C9%99f%C9%99r-koronavirusa-yoluxub-29-n%C9%99f%C9%99r-v%C9%99fat-edib/