QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 1 594 nəfər COVID-19-a yoluxub, 26 nəfər ölüb | QIA.AZ


Səhiyyə

19:38 21.09.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 594 yeni yoluxma faktı qeydə alınıb, 2 543 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 475 053 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 439 080 nəfər müalicə olunaraq sağalıb, 6 353 nəfər vəfat edib, aktiv xəstə sayı 29 620 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 583, ötən müddət ərzində isə ümumilikdə 4 764 847 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-1-594-n%C9%99f%C9%99r-covid-19-a-yoluxub-26-n%C9%99f%C9%99r-olub/