QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 1 196 nəfər COVID-19-dan sağalıb, 904 nəfər yoluxub | QIA.AZ


Səhiyyə

18:36 08.10.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1 196 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6 638 nəfər vəfat edib, aktiv xəstə sayı 12 631 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 664, ötən müddət ərzində isə ümumilikdə 4 932 673 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-1-196-n%C9%99f%C9%99r-covid-19-dan-sagalib-904-n%C9%99f%C9%99r-yoluxub/