QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycanda 1 013 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib | QIA.AZ


Səhiyyə

18:37 07.10.2021

Movavi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 013 yeni yoluxma faktı qeydə alınıb, 1 244 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan QİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6 625 nəfər vəfat edib, aktiv xəstə sayı 12 936 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 853, ötən müddət ərzində isə ümumilikdə 4 923 009 test aparılıb.

Hire Freelancers



https://qia.az/az%C9%99rbaycanda-1-013-n%C9%99f%C9%99r-koronavirusa-yoluxub-14-n%C9%99f%C9%99r-v%C9%99fat-edib/