QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq – QIA.AZ


Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq.

QİA.AZ-ın məlumatına görə, noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

“Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik” – deyə bəyanatda qeyd olunub.



https://qia.az/az%C9%99rbaycan-v%C9%99-erm%C9%99nistan-arasinda-s%C9%99rh%C9%99din-demarkasiyasi-uzr%C9%99-ikit%C9%99r%C9%99fli-komissiya-yaradilacaq/