Axiliya

Axiliya (yun. a + yun. χυλός – şirə) – mədə şirəsində xlorid turşusu və pepsin fermentinin olmaması ilə səciyyələnən patoloji vəziyyət. Axiliya mədənin vəzi apratının anadan gəlmə funksional zəifliyi, mədənin selikli qişasının xəstəliyi (atrofik qastritdə mədə vəzilərinin zədələnməsi) və ya başqa xəstəliklərin (intoksikasiyalar, anemiyanın bəzi formaları, sinir sisteminin funksional xəstəlikləri və s.) təzahürüdür.