Ateroskleroz

at

Ateroskleroz – (yunanca: athere – “sıyıq”, “sıyığabənzər kütlə”, sklerosis – “birləşdirici toxumanın inkişafı”, “bərkimə”) – arteriya intimasında plazma mənşəli aterogenik lipoproteinlərin toplanması nəticəsində yaranan iltihabi-fibroproliferativ prosesdir. Ateroskleroz ateromalar və ya ateromatoz və ya fibroz-yağlı lövhələr damar mənfəzinə doğru qabaran və mənfəzi daraldan, tunica medianı zəiflədən və ciddi ağırlaşmalar törədə bilən intimal zədələnmələrlə xarakterikdir. Damar divarlarında əsasən xolestrinin yığılması ən geniş yayılmış patologiyanın – ateroskleroz xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Birləşdirici toxumalarının ətrafında xüsusi lipid lövhələri yaranır. Bunun da nəticəsində damarda zədələnmə baş verir. Damarlar elastikliyini itirir, bərkiyir və toxumalarda qanın təchizı pozulur. Lövhə olan yerdə tromb əmələ gəlir.