QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

AQTA 4 sahibkarlıq subyektini qeydə almayıb | QIA.AZ


Səhiyyə

15:48 09.06.2021

Movavi

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il iyunun 8-də qida məhsulları sahəsində fəaliyyət göstərən 16 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

“QİA.az” xəbər verir ki, qeyd edilən tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

S/S Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 Salayev Vüsal Rükəxan oğlu istehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
2 “GÖYGÖL-56” MMC saxlanma Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
3 Nəcəfov Rafiq Aydın oğlu istehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
4 Tağıyev Eyvaz Əjdər oğlu ilkin istehsal Sahibkar tərəfindən səhvən təkrar müraciət edilmişdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırıb.

Hire Freelancers



https://qia.az/aqta-4-sahibkarliq-subyektini-qeyd%C9%99-almayib/