Xəstəliklər

Ampeloterapiya

Ampeloterapiya (ing. Grape therapy) – Xroniki xəstəliklərin müalicəsində üzüm və onun təzə sıxılmış şirəsindən istifadə ampelotepiya adlanır. Ampeloterapiya dietoterapiyanın bir hissəsi olub, həkimin təyinatı əsasında medikamentoz müalicə, dietoterapiya və ya klimatoterapiya ilə birgə tətbiq edilir.

Ampeloterapiya zamanı qidada müəyyən məhdudiyyətlərə yol vermək lazımdır. Daha yaxşı olar ki, müalicə müddətində kvas, şirin qazlı içkilər, hisə verilmiş, turşuya, duza qoyulmuş, çox yağlı məhsullar, çiy kələm, çuğundur və turp yeyilməsin. Həmçinin digər giləmeyvə, meyvə və göyərtilərin qəbulu dayandırılmalıdır. Ampeloterapiya prosedurlarına başlamazdan əvvəl xəstə dişlərin müalicə edilməsi məsləhətdir. Üzüm şirəsi içiləndən sonra ağız boşluğu su ilə yaxalanmalıdır.

Ampeloterapiya şəkərli diabet, mədənin xora xəstəliyi, xroniki vərəmin kəskinləşmə mərhələsi, piylənmə, hipertoniya və xroniki ishal zamanı aparılmır. Prosedur zamanı əsasən üzümün şasla, rislinq, semilyon, qaus, tağüzüm, ağ kişmiş və çeleki sortlarından istifadə edilir.

Related Articles

Back to top button