QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

Afrika koronavirusun üçüncü dalğasının astanasındadır | QIA.AZ


Movavi

“Son iki həftə ərzində Afrikada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı əvvəlki dövrlə müqayisədə 20 faiz artıb”.

QİA.AZ xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) Afrikadakı regional ofisinin rəhbəri Matşidiso Moeti açıqlayıb.

“Afrikada üçüncü dalğa təhlükəsi realdır və artmaqdadır. Afrikalıların peyvənd olunması sürətləndirilməlidir. Qitənin 14 ölkəsində infeksiyaya yoluxanların sayında artım müşahidə olunur. Eyni zamanda, səkkiz ölkədə yoluxma 30 faizə qədərdir. Ən pis vəziyyət Cənubi Afrika, Uqanda, Angola, Namibiyadadır”, – Moeti bildirib.

Onun sözlərinə görə, qitə ölkələrinin əksəriyyəti COVID-19-a qarşı peyvənd ehtiyatlarının üçdə ikisini artıq istifadə ediblər:

“Bu günə qədər Afrika ölkələri 48,4 milyon doza koronavirus peyvəndi alıb, bunlardan 31,4 milyon doza istifadə edilib. Afrikada, əhalinin təxminən 2 faizi birinci mərhələ üzrə vaksinasiya olunub, halbuki bütün dünya üçün bu rəqəm indi 24 faizdir”.

Hire Freelancers



https://qia.az/afrika-koronavirusun-ucuncu-dalgasinin-astanasindadir/