QIA.AZ - Qarabağ İnformasiya Agentliyi

44 günlük Vətən müharibəsinin xronikası: 31 oktyabr – QIA.AZ


2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

QİA.AZ  Vətən müharibəsinin xronikasını təqdim edir.

– Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

– TərtərAğdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub.

– Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb. Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb.

– Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub. Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışıb.

– Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilməsinin videogörüntüsü yayılıb.

– AğdərəXocavəndQubadlı istiqamətlərində döyüşlər davam edib.

– Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılmasının videogörüntüsü yayılıb.



https://qia.az/44-gunluk-v%C9%99t%C9%99n-muharib%C9%99sinin-xronikasi-31-oktyabr/