Artrit (lat. arthrītis – «ağrı oynaqları») — oynaqlarda yaranan xəstəliklərin kollektiv adı.Simptomlara adətən oynaq ağrısı və hərəkətsizliyi aiddir. Digər simptomlara yoluxmuş oynaqlarda qızartı, qızdırma, şişmə və hərəkətlilik intervalının azalması aiddir. Bəzi artrit növlərində digər orqanlar da təsir görür.
Təxminən 100 növ artrit mövcuddur.Onlardan ən yayılmışı osteoartrit (degenerativ oynaq xəstəliyi) və revmatik artritdir. Osteoartrit adətən yaşlılıqla əlaqələndirilir və barmaq, diz və budlara təsir göstərir. Revmatik artrit adətən əl və ayaqlara təsir göstərən avtoimmun pozğunluqdur. Digər növlərə podaqra, qırmızı qurd eşənəyi, fibromialgiya və septik artrit aiddir. Onların hamısı revmatik xəstəlikdir
Etiologiya
Revmatik artritin səbəbi naməlumdur. Hal-hazırda revmatik artrit haqqında ən çox yayılmış immunogenetik nəzəriyyəyə görə, xəstəlik immunitet sistemində yaranmış genetik qüsur səbəbilə yaranır.
ABŞ həkimi Donald Unger 1998-ci ildə oynaqları şaqqıldatmağın artritə səbəb olmadığı sübut edən bir araşdırma nəşr etmişdir.O, 2009-cu ildə bu araşdırmasına görə tibb sahəsində Şnobel mükafatına layiq görülmüşdür.