your ad here

Angiofibroma

Angiofibroma (angio + lat. fibralif + oma – şiş), hemangiofibroma – damar və lifli birləşdirici toxuma qarışığından ibarət xoşxassəli şiş. Selikli qişa angiofibroması rəngli, enli və ya ensiz ayaqcıqlı polip şəklində olur. Tez-tez baş verən qansızmalar nəticəsində şiş qonur rəng ala bilər. Burun-udlaq angiofibroması xüsusi klinik forma kimi təsvir olunur. Dəri angiofibroması kiçik formalı, aydın sərhədə malik düyün olub, kəsik səthi sarımtıl-qırmızı və ya qonur rənglidir. Dəri angiofibroması hüceyrə elementlərinin üstünlüyündən asılı olaraq lipid və ya siderotik ola bilər. Lipid dəri angiofibroması daha iri hüceyrələrin, siderotik angifibroması isə çoxlu miqdarda hemosiderofaqların olması ilə xarakterizə edilir. Angiofibromanın yerləşmə yeri müxtəlifdir, lakin daha çox yuxarı tənəffüs yollarının selikli qişası və ətrafların dərisi zədələnir. Rastgəlmə tezliyi azdır, əsasən, orta və yaşlı şəxslərdə təsadüf edilir. Angiofibroma zəif inkişaf edir və bəzən uzun müddət inkişafdan dayanır. Cərrahi yolla götürüldükdən sonra az hallarda residiv verir.

your ad here

Check Also

Isemik insult

İşemik insult

İşemik insult Table of Contentsİşemik insultTəsnifatXBT-10 üzrə təsnifatEtiopatogenetik təsnifatPatofiziologiyaDiaqnostikaDifferensial diaqnostikaƏlamət və simptomlarıRisk AmilləriModifikasiya edilə bilən risk …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir