your ad here

Amputasiya

Amputasiya — ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat. Ətrafın və ya onun hissəsinin oynaqdan kəsilməsi ekzertikulyasiya adlanır. Amputasiyadan sonra güdülün anatomik və ya funksional yararsızlığı ilə əlaqədər aparılan təkrar əməliyyat isə reamputasiya adlanır. Amputasiya əsasən xəstənin həyatına yalnız xəstə orqanı kəsməklə xilas etmək mümkün olduqda tətbiq edilir. Amputasiyada baş verən ağırlaşma halları zamanı şok, irinləmə, tromboembolya və pnevmoniya kimi hallar müşahidə edilir. Güdül sağaldıqdan sonra amputasiya edilmiş ətrafa protez qoyulur.

Səbəbləri

  • Anadangəlmə (amniotik dartılmalar sindromu nəticəsi)
  • İnfeksiya (osteomielit nəticəsində)
  • Travmalar
    • Mexaniki (yol qəzası, hərbi)
    • Termik (yanıqlar, donmalar)
    • Kimyəvi (laborator qəza)
    • Elektrik (yüksək cərəyan vurması)
  • Damar xəstəlikləri (diabet, septik nekroz sonucu)
  • Bədxassəli şiş xəstəlikləri

Bərpa mərhələsi

Amputasiyadan sonrakı mərhələdə aşağıdakı müalicə üsullarından istifadə olunur:

  • Amputasiya -> fasilə -> protez
  • Amputasiya -> autotransplantasiya (bədənin digər toxumasının zədələnmiş ətrafa transplantasiyası (köçürülməsi)) -> plastik rekonstruksiya (bərpa)
  • Replantasiya (kəsilmiş toxumanın güdülə tikilməsi) -> revaskulyarizasiya (qan təchizatın mikrocərrahi üsulla bərpa olunması, 1969-cu ildən sonra)
  • Allotransplantasiya (ölmüş insanın ətrafının güdülə tikilməsi) — 2000-ci ildən sonra.

your ad here

Check Also

Isemik insult

İşemik insult

İşemik insult Table of Contentsİşemik insultTəsnifatXBT-10 üzrə təsnifatEtiopatogenetik təsnifatPatofiziologiyaDiaqnostikaDifferensial diaqnostikaƏlamət və simptomlarıRisk AmilləriModifikasiya edilə bilən risk …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir